[b]236 günlük baş məşqçi[/b]
16.01.2017 - 16:14
[b]236 günlük baş məşqçi[/b]

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi postundan istefa verən braziliyalı mütəxəssis Ziller Junior Milton Luizin bu postdakı fəaliyyəti 236 gün sürüb. Apasport.az saytının məlumatına görə, Miltinyo kimi tanınan çalışdırıcı 2016-cı il mayın 26-dan bu vəzifədə çalışıb.

 

O, yığmamızı yalnız bir rəsmi sınağa çıxarıb. Bu da dünya çempionatının final mərhələsi olub. Braziliyalı komandamızı bu turnirin 1/4 finalınadək daşıyıb. Miltinyonun rəhbərliyi altında mundialda keçirilən 5 qarşılaşmada millimizin 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti var. 12 qol vuran komandamız öz qapısından 10 top buraxıb.

 

Eyni zamanda “Araz”ın da baş məşqçisi olan Miltinyo UEFA kubokunda 6 görüşdə çempionumuza başçılıq edib. 4 qələbə və 2 məğlubiyyətə şahid olan mütəxəssis yetirmələrinin 29 qolunu və rəqiblərin 12 sevincini izləyib. Əsas mərhələdə “Araz” 1-ci olubsa, elit-taunda 4 komanda arasında 3-cü yerlə mübarizəni dayandırıb.

0