[b]Dünyanın ən bahalı futbolçusu kimdi?[/b]
16.01.2017 - 17:16
[b]Dünyanın ən bahalı futbolçusu kimdi?[/b]

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularından ibarət siyahını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, “10-luq”da “Barselona”nın 3 futbolçusu yer alıb.

 

Maraqlıdı ki, siyahıya nə Lionel Messi, nə də Kriştianu Ronaldo başçılıq edir. Belə ki, ilk pillədə “Barselona”nın braziliyalı hücumçusu Neymar qərarlaşıb. “Sambaçı”nın transfer qiyməti 246,8 milyon avro məbləğində dəyərləndirilib. Onu komanda yoldaşı Messi və “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqba izləyir.

 

1. Neymar (“Barselona”) – 246,8 milyon avro

2. Lionel Messi (“Barselona”) – 170,5 milyon avro
3.  Pol Poqba (“Mançester Yunayted”) – 155,3 milyon avro
4. Antuan Qrizmann (“Atletiko”) – 150,4 milyon avro

5. Luis Suares (“Barselona”) – 145,2 milyon avro

6. Harri Keyn (“Tottenhem”) – 139,2 milyon avro

7. Kriştianu Ronaldo (“Real”) – 126,5 milyon avro

8. Paulo Dibala (“Yuventus”) – 113,8 milyon avro

9. Dele Alli (“Tottenhem”) – 110,5 milyon avro
10. Eden Azar (“Çelsi”) – 101,5 milyon avro

 

0