[b]U-21 Almaniya klubu ilə bacarmadı[/b]
16.01.2017 - 17:54
[b]U-21 Almaniya klubu ilə bacarmadı[/b]

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz növbəti yoxlama oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri “Eqestorf” klubu ilə qarşılaşıblar.

 

Almaniya təmsilçisi ilə görüş yığmamızın məğlubiyyəti ilə nəticələnib – 2:4. İlk hissə 2:2 hesabı ilə başa çatsa da, ikinci hissədə daha 2 qol vuran almanlar qələbəyə seviniblər. Millimizin heyətində qollara Əli Nuri və Sərtan Taşkın imza atıblar.

 

Qeyd edək ki, U-21 Türkiyədəki toplanış müddətində Almaniyanın “Rot-Vayss Erfurt” (0:0) və Qazaxıstanın “Okjetpes” klubu (2:2) ilə heç-heçə edib.

 

 

 

0