[b]“Zirə” bu gün Antalyada ilk məşqinə çıxacaq[/b]
16.01.2017 - 18:28
[b]“Zirə” bu gün Antalyada ilk məşqinə çıxacaq[/b]

“Zirə” təlim-məşq toplanışı keçmək üçün yollandığı Antalyaya çatıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “The Sense Deluxe” otelində məskunlaşan komanda qardaş ölkədə məşqlərə elə bu gündən başlayacaq.

 

Axşam məşqi ilə hazırlığın ikinci mərhələsinə start veriləcək.

 

“Qartallar” Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 18-də rəqib Qırğızıstanın “Dordoy” (Bişkek), 22-də isə Bolqarıstan təmsilçisi “Lokomotiv” (Gorna) olacaq.

0