[b]De Xea yenidən “Real”ın hədəfində[/b]
16.01.2017 - 18:50
[b]De Xea yenidən “Real”ın hədəfində[/b]

“Mançester Yunayted”in ispan qapıçısı David de Xea yenidən “Real”ın maraq dairəsinə düşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 26 yaşlı qolkiperi yayda heyətinə qatmaq arzusundadı.

 

Məsələ burasındadı ki, “qalaktikos”un baş məşqçisi Zinəddin Zidan rəhbərliklə söhbətində yeni qapıçının alınmasını istəyib. “Kral klubu” isə diqqətləri yenidən de Xeaya yönəldib.

 

Məlumatda bildirilir ki, “Mançester Yunayted” bu il də Çempionlar Liqasından kənarda qalsa, İspaniya yığmasının üzvü “Real”a keçməyə razılıq verəcək.

 

Qeyd edək ki, tərəflər 2015-ci ildə müqavilə imzalamağa yaxın olsalar da, son anda de Xeanın “Real”a keçidi baş tutmamışdı.

0