[b]“Futbolçular bütün tapşırıqların öhdəsindən gəldi” – Samir Abasov[/b]
17.01.2017 - 09:01
[b]“Futbolçular bütün tapşırıqların öhdəsindən gəldi” – Samir Abasov[/b]

“Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Gənc çalışdırıcı Antalya toplanışı çərçivəsində Özbəkistanın “Nasaf” klubu ilə keçirilən yoxlama oyunu haqda fikirlərini klubun saytına açıqlayıb: “İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdir ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olar bütün tapşırıqların öhdəsindən gəldi. İraliləyişi artıq hiss edirik. İnşallah çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.

 

Qeyd edək ki, “Sumqayıt” Özbəkistan təmsilçisi ilə matçda 0:1 hesabı ilə uduzub.

0