[b]“Neftçi” yenə qələbəyə həsrət qaldı[/b]
17.01.2017 - 20:00
[b]“Neftçi” yenə qələbəyə həsrət qaldı[/b]

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Rusiyanın “Tosno” klubu ilə üz-üzə gəliblər.

 

Şimal qonşularımızla qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürüb. "Bellis Deluxe” otelinin meydançasında baş tutan görüş bərabərliklə yekunlaşıb.

 

Oyunun gedişində iki dəfə hesabda geri düşməsinə baxmayaraq, paytaxt təmsilçisi tarazlıq yarada bilib.

 

Türkiyə toplanışında bu vaxta qədər 3 oyun keçirmiş “Neftçi” “Sivasspor”la heç-heçə (0:0) edib, Özbəkistanın “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” (2:4) klubuna isə məğlub olub.  

 

Qeyd edək ki, Elxan Abdullayevin komandası Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü isə yanvarın 19-da Rumıniyanın “Konkordia Kyajna” klubuna qarşı keçirəcək.

 

Yoxlama oyunu

17 yanvar

"Neftçi" - "Tosno" - 2:2

Qollar: Kardozo, 18, Murad Ağayev, 90 (pen.) - Kutyin, 13, Markov, 48

 

“Neftçi”: 53. Maksim Vaylo, 29. Georgi Navalovski, 3. Jairo Rodriges, 25. Kirilo Petrov, 6. Pavel Dreksa, 15. Ruslan Abışov (K), 8. Zdenek Folprext, 17. Rəhman Hacıyev, 9. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 14. Ramon Kardozo.

Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 13. Murad Ağayev, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev.

0