[b]Millimiz Estoniyaya şans vermədi[/b]
17.01.2017 - 21:52
[b]Millimiz Estoniyaya şans vermədi[/b]

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 9-12-ci yerlər uğrunda matçda Estoniya ilə üz-üzə gəlib.

 

Qrupda keçirdiyi 3 oyunun 2-də məğlub olan Təbriz Həsənovun yetirmələri 9-16-cı yerlər uğrunda görüşdə isə İran millisinə qalib gəlmişdi. Estoniya üzərində də qələbə qazanaan yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb. 

 

Matça hesab erkən açılıb. Pilağa Mehdiyev 4-cü dəqiqədə uzaqdan zərbə ilə baxımlı qola imza atıb. İlk hissənin sonuna az qalmış Doğukan fərqi iki topa çatdırıb. Görüşdə son nöqtəni isə İbrahim Əliyev qoyub - 3:0.

 

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-12-ci yerlər uğrunda oyun

17 yanvar

Azərbaycan - Estoniya - 3:0

Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87

 

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Rijat Qarayev, 17. Murad Qayalı, 13. Həsənov Yusif, 14. Hüseyn Seyliğli, 8. Süleyman Əhmədov, 11. Barış Ekincier, 6. İbrahim Qədirzadə, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 9. Doğukan Öksüz

Ehtiyat oyunçular: 1. Murad Popov, 5. Rəhman Daşdəmirov, 2. Mətin Gülər, 4. İsmayıl Karakaş, 20. Bahadur Həziyev, 18. Rəfael Məhərrəmli, 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıqov, 19. İbrahim Əliev

0