[b]“Qəbələ”nin vurduğu qollar bizi çox narahat edir"[/b]
17.01.2017 - 10:52
[b]“Qəbələ”nin vurduğu qollar bizi çox narahat edir"[/b]

“Baş tutan yoxlama oyunundan çox razı qaldım. Xüsusilə, Mentor Mazrekayın oyunu bizi məmnun etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Partizani” klubunun baş məşqçisi Süleyman Starova deyib.

 

62 yaşlı mütəxəssis Antalya toplanışı çərçivəsində baş tutan “Qəbələ”nin əvəzediciləri ilə yoxlama oyununu dəyərləndirib.

 

Albaniyalı mütəxəssis 6:2 hesablı qələbədən razı qaldığını gizlətməyib: “Onun yoxlama matçına təsadüf edən belə dönüşü sevindirməyə bilməz. Qarşılaşma onun əvvəlki formasına qayıtdığını göstərdi ki, bu da bizi xoşbəxt edir. “Qəbələ”nin vurduğu qollar bizi çox narahat edir. Xüsusilə, qollardan birində yol verdiyimiz xəta üzücüdü. Rəqib hücumçunu zərərsizləşdirməli olan müdafiəçilərimiz boşluq buraxdı. Sərəncamımda olan bütün oyunçulara bu görüşdə şans verdim. Onların da çıxışından razı qaldım”.

 

0