[b]Qvardiolaya 285 milyonluq dəstək [/b]
17.01.2017 - 11:03
[b]Qvardiolaya 285 milyonluq dəstək [/b]

“Mançester Siti” rəhbərliyi son vaxtlar tənqid hədəfinə çevrilən Xosep Qvardiola ilə yolları ayırmaq fikrində deyil. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in sahibi Şeyx Mənsur ispan çalışdırıcıya dəstək olub və yayda heyətin gücləndirilməsinə qərar verib.

 

Belə ki, Qvardiolanın istədiyi oyunçuların komandaya cəlb olunması üçün 285 milyon avro ayrılacaq. 46 yaşlı məşqçinin indidən transfer siyahısını tərtib etdiyi bildirilir.

 

Siyahıdakı 4 futbolçunun adı artıq bəllidi. Bunlar “Arsenal”ın çilili oyunçusu Aleksis Sançes, Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq, “Atletiko”nun yarımmüdafiəçisi Koke və “Sauthempton”un hollandiyalı müdafiəçisi Vircil van Deykdi. 

 

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 21 turdan sonra 42 xal toplayıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

 

0