[b]“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi[/b]
17.01.2017 - 13:08
[b]“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte ilə münasibəti korlanan Dieqo Kosta İspaniyaya qayıda bilər. Apasport.az saytı “The İndependent”ə istinadən xəbər verir ki, Braziliya əsilli futbolçu ilə 2 klub yaxından maraqlanır.

 

Söhbət “Barselona” və “Atletiko”dan gedir. Madrid təmsilçisi sabiq hücumçusunu heyətinə qatmaqda maraqlıdı. Öz növbəsində “Barselona” da Kostanı transfer etmək istəyindədi. “Çelsi” rəhbərliyi isə hələ ki, bu təkliflərə cavab verməyib.

 

Kostanın adı bir müddət öncə Çin klubları ilə birgə hallanırdı.

 

Qeyd edək ki, 2014-cü ildən “Çelsi”də çıxış edən Kosta “zadəganlar”ın heyətində 99 oyunda 51 qola imza atıb.

0