[b]Rahid Əmirquliyev kollektivdən ayrı düşdü[/b]
17.01.2017 - 14:04
[b]Rahid Əmirquliyev kollektivdən ayrı düşdü[/b]

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlığını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 1 günlük isitirahətin ardından bu gün məşqləri bərpa edib.

 

Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib.

 

Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib. Yarımmüdafiəçinin sabahdan etibarən komandayla məşqlərə qoşulacağı gözlənilir.

 

Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla 17:00-da start götürəcək. 

0