[b]Ansi Aqolli: “Skenderbeu”ya o vaxt keçərəm ki...[/b]
17.01.2017 - 14:14
[b]Ansi Aqolli: “Skenderbeu”ya o vaxt keçərəm ki...[/b]

“Ardian Takayin belə cəlbedici təklifindən heç kim imtina etməzdi. Amma bir məsələ var ki, “Skenderbeu” “ağ-göy” rənglərdə oynamır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” və Albaniya millisinin futbolçusu Ansi Aqolli deyib.

 

Albaniya çempionu “Skenderbeu” Ağdam təmsilçisi ilə yoxlama oyunundan sonra müdafiəçini sıralarında görməkdə maraqlı olduğunu açıqlayıb. Klubun prezidenti Ardian Takay isə Aqolliyə cəlbedici təkliflə çıxış edib. Ansi təklifə özünəxas şəkildə münasibət bildirib: “Albaniyada yalnız bir klubda – “Tirana”nın “ağ-göy” formasında çıxış etmişəm. Əgər “Skenderbeu” “ağ-göy” rənglərə boyansa, bu klubda oynayardım. Lakin zarafat öz yerində, Takay və onun klubdakı əməkdaşlarına böyük hörmətim var. Onlar Albaniyada klub idarəçiliyində əsl nümunədi. Bu klubun nəticələri də onların əməyidi. Takay və komandasına uğurlar arzulayıram”.

 

Qeyd edək ki, 9 yaşından – 1991-ci ildən “Tirana”nın uşaq-yeniyetmə təmsilçilərində çıxış edən Ansi 2000-05 və 2008-09-cu illərdə əsas komandanın üzvü olub. 2010-cu ildən isə “Qarabağ”da çıxış edir.

0