[b]Kainat gözəli futbol məşqçisi oldu[/b] - FOTO
17.01.2017 - 14:27
[b]Kainat gözəli futbol məşqçisi oldu[/b] - FOTO

Dünya futbolunda nadir rast gəlinən təyinatlardan biri rəsmiləşib. Apasport.az saytının məlumatına görə, tanınmış model Lidia Opelçenska futbol klubunda məşqçi kimi çalışacaq.  

 

2014-cü ildə dünya gözəli seçilmiş bolqarıstanlı “Lokomotiv” klubundan təklif alıb. Plovdiv təmsilçisindən gələn təklifi Opelçenska müsbət qarşılayıb. O, bundan sonra “Lokomotiv”in fiziki hazırlıq üzrə məşqçisi olacaq.

 

Opelçenskanın yeni işinin icrasına ikinci yarının startına qədər başlayacağı bildirilib.  

 

Qeyd edək ki, 19 turu geridə qalan və “Ludoqorets”in lider olduğu Bolqarıstan çempionatında “Lokomotiv” 30 xalla 5-ci pillədə qərarlaşıb.

 

 

0