[b]Çempionlar Liqasının finalı Romaya verildi[/b]
17.01.2017 - 16:47
[b]Çempionlar Liqasının finalı Romaya verildi[/b]

Kişi voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı keçirəcək şəhərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici mərhələ İtaliyanın paytaxtı Romada təşkil olunacaq.

 

Bu barədə Avropa Voleybol Konfederasiyasının rəhbərliyi Lüksemburqda keçirilən toplantıda qərar verib. Yarımfinal görüşlərinə aprelin 29-da start veriləcək. Ertəsi gün isə mükafatçıların adına aydınlıq gələcək.

 

Qeyd edək ki, İtaliyada sonuncu dəfə “Dördlər finalı” 2011-ci ildə təşkil olunub.

0