[b]"Bursaspor" Dəniz Yılmaza rəqib gətirdi[/b]
17.01.2017 - 17:25
[b]"Bursaspor" Dəniz Yılmaza rəqib gətirdi[/b]

Azərbaycan yığmasının üzvü Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Yılmazın da çıxış etdiyi hücum xəttini gücləndirib.

 

Belə ki, “Bursaspor” "Gənclərbirliyi" klubunun rumıniyalı forvardı Boqdan Stankunu heyətinə qatıb. Stanku tibbi baxışdan keçdikdən sonra yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, əvvəllər Türkiyənin “Qalatasaray” və “Orduspor” klublarında da çıxış etmiş Stanku 2013-cü ildən “Gənclərbirliyi”nin formasını geyinirdi. 

0