[b]“Kəpəz” AZAL-la bacarmadı[/b]
17.01.2017 - 18:58
[b]“Kəpəz” AZAL-la bacarmadı[/b]

Bakıda hazırlığı davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk matçda I divizion klubu MOİK-lə qolsuz heç-heçə edən gəncəlilər ardınca AZAL-la güclərini yoxlayıblar.

 

Matç Tərlan Əhmədovun komandasının qələbəsi ilə yekunlaşıb. “Kəpəz” Premyer Liqanın autsayderinə 1:2 hesabı ilə uduzub.

0