[b]Milli üzvü oynadı, komandası xal qazandı[/b]
17.01.2017 - 19:54
[b]Milli üzvü oynadı, komandası xal qazandı[/b]

Türkiyə kubokunda qrup mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu “Kayserispor” növbəti matçına çıxıb.

 

“Sarı-qırmızılar” səfərdə “Boluspor”la üz-üzə gəliblər. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Ufuk start heyətində başladığı oyunu əvəzedilmədən keçirib.

 

Qeyd edək ki, 5 oyundan sonra hesabında 7 xal olan “Kayserispor” qrupda ikinci pillədə qərarlaşıb.

0