[b]“Əsas məsələ qalibiyyət seriyasını davam etdirməkdi” – Təbriz Həsənov[/b]
18.01.2017 - 00:02
[b]“Əsas məsələ qalibiyyət seriyasını davam etdirməkdi” – Təbriz Həsənov[/b]

“Komandanın böyük hesabla qələbə qazanması, baş məşqçi üçün çox xoşdur. Xüsusilə də bu turnirdə sənin komandan qol vəziyyətlərini reallaşdırmaqda çətinlik çəkirsə, bu, ikiqat sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin (U-19) baş məşqçisi Təbriz Həsənov deyib.

 


FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-12-ci yerlər uğrunda oyunda Estoniyaya 3:0 hesabı ilə qalib gələn yığmamızın çalışdırıcısı fikirlərini turnirin saytı ilə bölüşüb: “Estonlar bütün oyunboyu müdafiə olundular. Bundan qabaqkı 5 matç da belə olmuşdu. Düşünürəm ki, bu daha yaxşıdır. Müdafiədə “oturan” komandalarla oyun təcrübəsi qazanırıq. Belarusla növbəti – 9-cu yer uğrunda oyuna hazırlaşacağıq. Hansı yeri tutmaq bizim üçün artıq o qədər də vacib deyil, əsas məsələ qalibiyyət seriyasını davam etdirməkdi”.

0