[b]Yığmamız “qırx”ını sevinclə çıxardı[/b]
18.01.2017 - 09:25
[b]Yığmamız “qırx”ını sevinclə çıxardı[/b]

Azərbaycan millisi ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız Valentin Qranatkinin xatirə turniri tarixində ilk dəfə böyük hesablı qələbə qazanıb.

 

9-13-cü yerlər uğrunda matçda Estoniyanı 3:0 hesabı ilə məğlub edən komandamız indiyədək Sankt-Peterburqda belə qələbə görməmişdi. 2009-cu ildən Rusiyadakı turnirin daimi iştirakçısına çevrilən yığmamız əvvəlki 39 matçda ən yaxşı halda 2 top fərqinə sevinmişdi.

 

40-cı oyunda qeydə alınan 9-cu qələbə isə ilklə əlamətdar olub. Əvvəlki qarşılaşmalarda 8 dəfə meydanı qalib kimi tərk edən yığmamız 5 dəfə bir, 3 dəfə iki top fərqilə qələbə əldə etmişdi.

 

Qeyd edək ki, ilk böyük hesablı qələbəsini qazanan millimiz 5 dəfə belə məğlubiyyət alıb.

0