[b]“Ramil Şeydayev sizə nümunə olsun” - türkiyəli jurnalist[/b]
18.01.2017 - 09:31
[b]“Ramil Şeydayev sizə nümunə olsun” - türkiyəli jurnalist[/b]

“Trabzonspor” yayda həyata keçirdiyi yanlış transfer siyasətinin qurbanı oldu. Hücum xəttinin sırf əcnəbilərdən qurulmasının nəticəsi turnir cədvəlində öz əksini tapır”. Apasport.az saytının məlumatına görə, bu sözlər tanınmış türkiyəli futbol yazarı Ahmet Gülümsəyənə məxsusdu.

 

O, “Trabzonspor”la bağlı köşəsində komandanın hücum xəttinin zəifliyini xüsusi qeyd edib. Baş məşqçi Ərsun Yanalın transferlərdə yanlış seçim etdiyini düşünən yazar Qara dəniz təmsilçisinin əcnəbi oyunçulara üstünlük verməyin acı sonluğunu yaşadığını vurğulayıb: “Əgər müdafiə xəttin yerli oyunçuların sayəsində etibarlı əllərdədisə, o zaman qol problemini əcnəbi ilə həll etmək düşüncəsi yanlışdı. Bu fikri dəyişmək lazımdı. Bu mövsüm 16 oyunda 1 qol vuran Dame Ndoye, eyni göstəriciyə malik Hyun-Yun Suk və 3 görüşdə 1 dəfə fərqlənən Ramil Şeydayev bu mənada sizə nümunə olsun”.

 

Qeyd edək ki, bir müddət əvvəl “Samsunspor”a icarəyə verilməsi gözlənilən Ramil Şeydayev hazırda “Trabzonspor”un düşərgəsindədi.

0