[b]PFF Kamran Ağayevi cəzalandırdı[/b]
18.01.2017 - 10:07
[b]PFF Kamran Ağayevi cəzalandırdı[/b]

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı qolkiperə Portuqaliya Futbol Federasiyasının (PFF) İntizam Komitəsi tərəfindən 3 oyunluq cəza kəsilib.

 

Buna səbəb Ağayevin Portuqaliya çempionatının XVII turu çərçivəsində “Benfika” ilə matçdan sonra insident nəticəsində qırmızı vərəqə alması olub.

 

Qeyd edək ki, “Benfika” – “Boavişta” matçı 3:3 hesabı ilə nəticələnib.

0