[b]“Zirə”dən əzmkar qələbə - YENİLƏNİB[/b]
18.01.2017 - 18:43
[b]“Zirə”dən əzmkar qələbə - YENİLƏNİB[/b]

“Zirə” Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) qarşılaşıb. 


Baş məşqçi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli və Elgün Nəbiyevi meydana buraxıb.


Qarşılaşmanın ilk dəqiqələrindən təmsilçimiz oyuna nəzarəti ələ alsa da, hesabı asiyalılar açıb. İlk yarı Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatıb. Fasilədən sonra isə “Zirə”də dəyişikliklər edilib. Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov meydana daxil olub. Yalnız Sadiq, Yovan, Adil və Vüqar oyunu əvəzolunmadan keçirib. 


Paytaxt klubu ikinci hissədə istəyinə nail olub. Əvvəlcə Milan Duriç cərimə zərbəsi ilə axımlı qola imza atıb. 75-ci dəqiqədə isə Vüqar Mustafayev fərqlənib – 2-1. 


Beləliklə, “Zirə” ilk yoxlama oyununda qələbə qazanıb. Komanda yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubu ilə üz-üzə gələcək.

 

Yoxlama oyunu

18 yanvar

"Zirə" - "Dordoy" (Qırğızıstan) - 2:1

 

0