[b]“İnter”dən növbəti heç-heçə[/b]
18.01.2017 - 20:03
[b]“İnter”dən növbəti heç-heçə[/b]

Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ikinci yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Rumıniyanın “Botoşani” klubu ilə üz-üzə gəliblər.

 

Zaur Svanadzenin yetirmələrinin rumınlarla qarşılaşması Bakı vaxtı ilə saat 18:00-da start götürüb.

 

Əsası 2001-ci ildə qoyulan “Botoşani”ni yerli məşqçi Leontin Qrozavu çalışdırır. Ötən mövsüm Rumıniya çempionatını 9-cu pillədə başa çatdıran “Botoşani” Liqa-1-in cari mövsümündə 21 turdan sonra 8-cidi.

 

Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin heyətində Mirsahib Abbasov fərqlənib.

 

Qeyd edək ki, “İnter” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstanın “Ordabası” klubu ilə qolsuz heç-heçə etmişdi.

 

 

Yoxlama oyunu

18 yanvar

 

“İnter” – “Botoşani” - 1:1

Qol: Mirsahib Abbsov, 75

0