[b]“Atletiko” Fernando Torresin “Beşiktaş”a keçidinə razıdı[/b]
18.01.2017 - 11:19
[b]“Atletiko” Fernando Torresin “Beşiktaş”a keçidinə razıdı[/b]

Hücumçu axtarışlarını davam etdirən “Beşiktaş” “Atletiko”lu Fernando Torresə “elçi düşüb”. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-qaralar”ın prezidenti Fikrət Orman bu məqsədlə İspaniyaya yollanıb.

 

Madridddə “Atletiko”nun prezidenti Enrike Çerezo ilə görüşən Orman həmkarının razılığını alıb. “Bizə havayı gəlmişdi. Hazırda çox oynamaq şansı qazanmır. Alacaqlarına qarşılıq Fernandonu sizə havayı verərik” – deyən Çerezo türkiyəli iş adamına futbolçu ilə görüşmək üçün icazə verib.

 

Vaxt itirmədən Torreslə də görüşən “Beşiktaş” prezidenti ona 2 milyon avroluq maaş təklif edib. Türkiyədə son vaxtlar baş verən terror hadisələrinə görə tərəddüd içində olan 33 yaşlı forvard düşünmək üçün vaxt istəyib.

 

Qeyd edək ki, Fernando Torres “Atletiko” ilə yanaşı, “Liverpul”, “Çelsi” və “Milan” kimi nəhəng klubların da formasını geyinib.

0