[b]“İstədiyimlə gəzər, istədiyimlə yataram” – İbrahim Toraman boşanır[/b]
18.01.2017 - 11:36
[b]“İstədiyimlə gəzər, istədiyimlə yataram” – İbrahim Toraman boşanır[/b]

Türkiyə millisinin keçmiş müdafiəçisi İbrahim Toraman həyat yoldaşı Eylem Toramandan ayrılır. Apasport.az saytının məlumatına görə, buna səbəb sabiq futbolçunun xanımına xəyanət etməsidi.

 

Belə ki, Eylem Toraman rəfiqəsi Ayşə T.-nin onun həyat yoldaşına göz qoyduğunu söyləyib.

 

Boşanmaq üçün məhkəməyə müraciət edən xanım Toraman rəfiqəsinin iş yerinə gedərək, onun ünvanına təhqiramiz ifadələr işlətdiyini etiraf edib: “Ayşə mənim 7 illik rəfiqəm idi. İbrahim əvvəllər onunla görüşməyimi istəmirdi. Mən də sonradan Ayşə ilə əlaqələrimi kəsdim. Sən demə, o illər öncədən İbrahimə göz qoyub və o da bu üzdən görüşməyimizi istəmirmiş. Sonradan bunu başa düşdüm. Boşanmaq üçün məhkəməyə müraciət edəndə Ayşədən şahidlik etməsini istədim. Əvvəlcə qəbul etdi, bir həftə sonra fikrini dəyişdi. Bu ərəfədə bir maqazin proqramında ikisini baş-başa yemək yeyərkən gördüm. Ayşənin iş yerinə də bu üzdən getdim və “ərimlə niyə yeməyə çıxdın” sualını verdim. O isə cavabında “İstədiyimlə gəzər, istədiyimlə yataram, sən yoldaşından soruş”, - dedi. Hazırda onlar birlikdədilər. Ayşə mənim etibarımı zədələmək üçün belə davranır”.

 

Qeyd edək ki, 2015-ci ildə futbolçu karyerasını başa vuran İbrahim Toraman Türkiyə millisinin heyətində 30 matçda iştirak edib.

0