[b]"Qəbələ" ikinci oyununda qalib gəldi[/b]
18.01.2017 - 19:54
[b]"Qəbələ" ikinci oyununda qalib gəldi[/b]

Bu gün Topaz Premyer Liqasının daha bir iştirakçısı Antalyada yoxlama görüşündə gücünü sınayıb. Apasport.az saytı xəbər verir ki, “Qarabağ”, “İnter” və “Zirə” kimi, “Qəbələ” də Türkiyədə meydana çıxıb.

 

“Qırmızı-qaralar” Rumıniyanın “Qaz Metan” klubu ilə üz-üzə gəlib. Əsası 1945-ci ildə qoyulan “Qaz Metan” ötən il Rumıniyanın ikinci liqasından birinci liqaya yüksəlib. Rumıniya çempionatında bu vaxta qədər ən yaxşı nəticəsi 7-ci yer olan komanda 1951-ci ildə ölkə kubokunda final oynayıb.

 

Görüş Roman Qriqorçukun yetirmələrinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın 30-cu dəqiqəsində Filip Ozobiç vurub.

 

Qeyd edək ki, “Qəbələ” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə məğlub olmuşdu.

 

Yoxlama oyunu

18 yanvar

“Qəbələ” – “Qaz Metan” - 1:0

Qol: Filip Ozobiç, 30

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 21. Roman Hüseynov, 44. Rafael Santos, 77. Araz Abdullayev, 4. Elvin Camalov, 32. Rəşad Eyubov, 11. Asif Məmmədov, 29. Hacıağa Hacıyev 

0