[b]Azərbaycan çempionatı: III dövrə təxirəsalma ilə başlayacaq[/b]
18.01.2017 - 14:26
[b]Azərbaycan çempionatı: III dövrə təxirəsalma ilə başlayacaq[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti təqvim dəyişikliyi rəsmiləşib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, fevralın 21-də III dövrənin ilk turunda keçirilməli olan “Azərreyl” – “Lokomotiv” matçı təxirə salınıb.

Buna səbəb Famil Ağayevin yetirmələrinin Çempionlar Liqasında iştirakıdı. Görüşün nə vaxt keçiriləcəyi isə yaxın  günlərdə açıqlanacaq.

Qeyd edək ki, yanvarın 21-də dövrənin startında saat 16:30-da “Telekom” “Azəryol”u sınağa çəkəcək. Matç “Gənclik” Olimpiya Kompleksində təşkil olunacaq. 

0