[b]Yığmamızın futbolçusunu Ziko çalışdıra bilər[/b]
18.01.2017 - 15:22
[b]Yığmamızın futbolçusunu Ziko çalışdıra bilər[/b]

Millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” baş məşqçi Hamza Hamzaoğlu ilə yolları ayırmaq niyyətindədi. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Trabzonspor”un ardınca kubokda “Akhisar”a məğlubiyyət 47 yaşlı çalışdırıcının “postunu laxladıb”. 

 

Klub rəhbərliyinin Hamzaoğlu ilə vidalaşacağı və yerinə Artur Zikonu gətirəcəyi bildirilir. Hazırda Hindistanın “Qoa” klubu çalışdıran braziliyalı məşqçi Türkiyəyə qayıtmağa qarşı deyil.

 

Qeyd edək ki, 63 yaşlı Ziko 2006-2008-ci illərdə “Fənərbaxça”nın baş məşqçisi olub.

 

0