[b]“Mançester Yunayted”dən Qrizmanna 100 milyon avroluq təklif[/b]
18.01.2017 - 16:07
[b]“Mançester Yunayted”dən Qrizmanna 100 milyon avroluq təklif[/b]

“Mançester Yunayted” “Atletiko”nun hücumçusu Antuan Qrizmanndan əl çəkmir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, “mankunianlar” fransalı forvard üçün növbəti təklifə hazırlaşırlar.

 

Belə ki, ötən yay Fransa millisinin digər üzvü Pol Poqbanı 105 milyon avroya transfer edən “qırmızı şeytanlar” Qrizmann üçün 100 milyon avro ayırıblar. Bu, maliyyə cəhətdən sıxıntı çəkən “Atletiko” üçün də göydəndüşmə olar. Bu səbəbdən madridlilərin təklifi qəbul etmələri gözlənilir.

 

Qrizmannın “Mançester Yunayted”ə keçidi baş tutarsa, “Atletiko” hücum xəttindəki boşluğu “Çelsi”də baş məşqçi Antino Konte ilə mübahisə etdiyi üçün heyətdən uzaqlaşdırılan Dieqo Kosta ilə dolduracaq.

 

Qeyd edək ki, Antuan Qrizmann “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan keçib.

0