[b]Mundialı görməyən əfsanələr[/b]
18.01.2017 - 18:09
Dünya çempionatının final mərhələsində oynamayan ən məşhur futbolçular açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Marka” nəşrinin reytinqində 1-ci yeri Corc Vea tutub.
Liberiya millisinin futbolçusu bir sıra titullara yiyələnsə də, mundiala həsrət qalıb. Bu da onun yığmasının o qədər də güclü olmaması ilə bağlıdı.
Siyahının 2-ci pilləsində uelsli Rayan Qiqqz qərarlaşıb. Daha bir əfsanə Argentina və İspaniya millilərində oynamış Alfredo di Stefano “üçlüy”ə düşüb.
“Marka”nın siyahısında Corc Best (Şimali İrlandiya), Erik Kantona (Fransa), Berndt Şuster (Almaniya), Yari Litmanen (Finlandiya) və Andrey Arşavin (Rusiya) də yer alıblar.
0
0