[b]Təbriz Həsənov Avropa çempionu ilə eyni komandada[/b]
18.01.2017 - 18:50
[b]Təbriz Həsənov Avropa çempionu ilə eyni komandada[/b]

Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən yığmaların baş məşqçilərindən ibarət rəmzi yığma təşkil olunub. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov da bu “11-lik”də yer alıb.

 

Onun hələ SSRİ vaxtından tanınan “Neftçi”də də əla çıxış etdiyini vurğulayan rusiyalı həmkarlarımız Həsənovun karyerasının yerdə qalan hissəsini “Qarabağ”da keçirdiyini qeyd edib. O, yarımmüdafiə xəttində slovakiyalı Milan Malatinski, sloveniyalı İqor Benedeiçiç və bolqar Viktorio Pavlovla birgə yer alıb.

 

Rəmzi yığmanın müdafiə xəttində Yunanıstan millisi ilə 2004-cü ildə Avropa çempionu olan İoannis Qunas, həmçinin litvalı Vitautas Vaşkunas, belaruslu Roman Kirenkin, moldovalı Oleq Fistikan və Tacikistanın baş məşqçisi Vitali Levçenko qərarlaşıb. Həmkarlarımız hücumun sivri ucunda isə sankt-peterburqlu Vladimir Kazaçonoka yer veriblər.

 

Baş məşqçilər arasında qapıçı olmadığından yığmanın “1 nömrəsi” Rusiya yığmasının qolkiperlər üzrə çalışdırıcısı seçilib. Bu, Moskva klublarındakı çıxışlarından tanınan Sergey Baburindi.

0