[b]Kapitan “gəmi”ni erkən tərk etdi[/b]
18.01.2017 - 19:52
[b]Kapitan “gəmi”ni erkən tərk etdi[/b]

Antalyada hazırlığını davam etdirən “Qarabağ” hazırlıq matçında qüvvəsini sınayır. Apasport.az saytının məlumatına görə, ağdamlılar Rumıniyanın “Styaua” klubu ilə qarşılaşırlar.

 

Hazırda davam edən görüşün 15-ci dəqiqəsində Qurban Qurbanov məcburi əvəzetməyə əl atmalı olub. Belə ki, kapitan Rəşad Sadıqov oyunun gedişində ayağında ağrı hiss edərək əvəzlnməsini istəyib. Onu əvəzinə meydana Elvin Yunuszadə daxil olub.

 

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda “Qarabağ” Dino Ndlovunun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

0