[b]Qurban Qurbanov Rəşad Sadıqovun zədəsindən danışdı[/b]
18.01.2017 - 21:28
[b]Qurban Qurbanov Rəşad Sadıqovun zədəsindən danışdı[/b]

“Maraqlı oyun alındı. Hər görüşdə nəticələr vacibdi. Bu matçda da nəticə bizi qane etdi. Yaxşı çıxış etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Antalyada hazırlıqlarını davam etdirən ağdamlılar hazırlıq matçında Rumıniyanın ən güclü komandalarından biri olan “Styaua” ilə qarşılaşıblar. Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçdan sonra çalışdırıcı oyunla bağlı fikirlərini bölüşüb: “Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbəylə bitməsi də bizim üçün faydalı oldu. Rəşad Sadıqovun zədəsi isə ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır”.

 

0