[b]Yığmamız Belarusla oyuna qara sarğı ilə çıxacaq[/b]
20.01.2017 - 12:01
[b]Yığmamız Belarusla oyuna qara sarğı ilə çıxacaq[/b]

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, 9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşacaq.

 

20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxacaq.

 

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

 

Mənbə: affa.az

0