[b]Azərbaycan çempionuna Karol qiymət verəcək[/b]
20.01.2017 - 17:08
[b]Azərbaycan çempionuna Karol qiymət verəcək[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Azərreyl”in III turdakı oyununu idarə edəcək hakimlərin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 25-də keçiriləcək Fransa “Sen-Rafael” ilə səfər qarşılaşması lüksemburqlu Karol Heppə həvalə edilib.

 

Ona köməkliyi isə Pasi Hakkaraynen (Finlandiya) edəcək.

 

Qeyd edək ki, Azərbaycan çempionunun Frejyus şəhərində keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

 

0