[b]“Neftçi İdman Klubu” və Azərbaycan Cüdo Federasiyası şəhidləri yad etdi[/b] - FOTOSESSİYA
20.01.2017 - 19:05
[b]“Neftçi İdman Klubu” və Azərbaycan Cüdo Federasiyası şəhidləri yad etdi[/b] - FOTOSESSİYA

Qanlı Yanvar faciəsindən artıq 27 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 27 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ellərdə yaşayan bütün soydaşlarımız ziyarət edir.

 

Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub.

 

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.

 

Apasport.az saytının məlumatına görə, bütün Azərbaycan xalqı kimi, “Neftçi İdman Klubu”nun, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi də bu gün Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Klubun və federasiyanın rəhbərliyi və kollektivi, məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

0