[b]Cerard “Liverpul”a qayıtdı[/b]
20.01.2017 - 22:39
[b]Cerard “Liverpul”a qayıtdı[/b]

Stiven Cerard “Liverpul”a qayıdıb. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, əfsanəvi futbolçu klubun akademiyasında məşqçilik edəcək.

 

Bildirilib ki, karyerasını 2016-cı ildə bitirmiş 36 yaşlı veteran futbolçu akademiyanın bütün yaş qruplarına nəzarət edəcək.

 

Qeyd edək ki, 1998-2015-ci illər aralığında mersisaydlıların formasını geyinmiş Cerard klubla 9 müxtəlif yarışda mükafat qazanmış, 500-dən çox oyuna çıxmışdı.

0