[b]“Bizdən üstün idilər” – Belarusun baş məşqçisi[/b]
20.01.2017 - 23:13
[b]“Bizdən üstün idilər” – Belarusun baş məşqçisi[/b]

“Ümumilikdə, yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də, şanssız olduğumuz məqamlar vardı. Azərbaycan yığması həqiqətən güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin (U-19) baş məşqçisi Roman Kirenkin deyib.

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra fikirlərini açıqlayan çalışdırıcı matçı şərh edib: “Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik. Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Texniki baxımdan bizdən üstün idilər. Belə komanda ilə qarşılaşmaq çox xoşdur. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

0