[b]Pyerluici Kollinaya daha bir vəzifə verildi[/b]
21.01.2017 - 01:43
[b]Pyerluici Kollinaya daha bir vəzifə verildi[/b]

Sabiq referi Pyerluici Kollinaya yeni vəzifə verilib. Apasport.az saytının məlumatına görə, italiyalı bundan sonra FİFA-nın Hakimlər Departamentinə sədrlik edəcək.

 

Bu barədə İtaliya Futbol Federasiyası xəbər yayıb. O, ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. Sabiq referi eyni zamanda UEFA-nın da Hakimlər Komitəsinə rəhbərlik edir.

 

Qeyd edək ki, Kollina 6 dəfə (1998 - 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi seçilib. O, 2005-ci ildə karyerasını başa vurub.

0