[b]“Qarabağ” baxır, PAOK satır[/b]
21.01.2017 - 10:42
[b]“Qarabağ” baxır, PAOK satır[/b]

Yunanıstan təmsilçisi PAOK daha bir futbolçusunu Türkiyəyə yola salır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Georgios Tzavellas Superliqa klubunun maraq dairəsindədi.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a hər iki matçda məğlub olmasına baxmayaraq, mərhələ adlayan PAOK bu yaxınlarda yarımmüdafiəçi Qarri Rodrigesi “Qalatasaray”a satmışdı. “Qarabağ”ın Reynaldonu Superliqa komandalarından heç birinə göndərə bilmədiyi halda PAOK Tzavellası da “Alanyaspor”a verir. Tərəflər arasında artıq danışıq baş tutub və ilkin razılıq əldə edilib. 29 yaşlı futbolçu yaxın günlərdə Türkiyəyə yollanaraq, yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Georgios Tzavellas bu mövsüm PAOK-un heyətində 12 oyun keçirib.

0