[b]FİFA-ya tarixi cəza[/b]
21.01.2017 - 11:00
[b]FİFA-ya tarixi cəza[/b]

Transfer məsələlərindəki qanunsuzluğa görə klubları cəzalandırmasına öyrəşdiyimiz FİFA bu dəfə özü eyni taleyi yaşayıb. Apasport.az saytı xəbər verir ki, ali futbol qurumu Belçika məhkəməsi tərəfindən cəzalandırılıb.

 

Belə ki, Belçika məhkəməsi fransalı yarımmüdafiəçi Lassana Diarranın 2015-ci ildə “Şarlerua” klubuna transferinə əngəl olduğu üçün FİFA-ya və Belçika Futbol Federasiyasına cəza kəsib. Məhkəmə bu iki qurumu ümumilikdə 6 milyon avro məbləğində cərimələyib.

 

Qeyd edək ki, 2015-ci ildə “Marsel” klubu ilə anlaşan Lassana Diarra hazırda da bu klubun formasını geyinir.

0