[b]“İnter” Antalya ilə məğlubiyyətsiz vidalaşır[/b]
21.01.2017 - 19:49
[b]“İnter” Antalya ilə məğlubiyyətsiz vidalaşır[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən “İnter” bu gün sonuncu yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, bakılılar 4-cü sınaq görüşündə Rusiya klubu ilə üz-üzə gəlib.

 

Belə ki, “bankirlər”in rəqibi Rusiya Premyer Liqasında mübarizə aparan “Orenburq”du. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

 

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "Bankirlər"in qoluna Pərdis Fərcad Azad imza atıb.

 

Qeyd edək ki, Antalyada indiyə qədər 3 yoxlama görüşü keçirən “İnter” Qazaxıstanın “Ordabası” (0:0) və Rumıniyanın “Botoşani” (1:1) klubu ilə bərabərə qalıb, Tacikistan təmsilçisi “İstiqlol”u (2:1) məğlub edib.

 

 

Yoxlama oyunu

21 yanvar

 

“İnter” – “Orenburq” (Rusiya) - 1:1

Qol: Pərdis Fərcad-Azad, 90

 

“İnter”: Səlahət Ağayev, Denis Silva, İlkin Qırtımov, Fuad Bayramov, Tərlan Quliyev, Zurab Xizanişvili, Elnur Abdullayev, Abbas Hüseynov, Mirsahib Abbasov, Nizami Hacıyev, Rauf Əliyev

 

 

0