[b]“Zirə”nin bombardiri getmək istəyir[/b]
21.01.2017 - 12:15
[b]“Zirə”nin bombardiri getmək istəyir[/b]

“Zirə”nin sabiq hücumçusu Nelson Bonilya hazırkı klubu “Nasional”ı da tərk etməyə qərar verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, salvadorlu forvard Portuqaliya komandasının düşərgəsinə dönmək fikrində deyil.

 

Ötən ilin yayında “Zirə”dən ayrılaraq “Nasional”a yollanan 27 yaşlı forvard hazırda Panamada təşkil edilən Mərkəzi Amerika Kubokunda iştirak edir. O, Portuqaliya təmsilçisinə dönməyəcəyini söyləyib. Buna səbəb kimi isə əsas heyətə düşə bilməməsini göstərib: “Mənim “Nasional”la hələ 2,5 illik müqaviləm qüvvədədi. Ancaq onlara komandada xoşbəxt olmadığımı bildirdim. Karyeramda ilk dəfədi ki, bir dövrədə 12 oyun keçirirəm. Rəhbərliyə getmək istədiyimi bildirdim. Hazırda menecerimi gözləyirəm. Avropadan təkliflər var, onları dəyərləndirəcəm”.

 

Qeyd edək ki, ötən mövsüm vurduğu 14 qolla “Zirə”nin bombardiri olan Nelson Bonilya cari mövsümdə “Nasional”ın heyətində keçirdiyi 12 matçda 2 dəfə fərqlənib.

0