[b]Peresin planı: Ronaldo satılacaq[/b]
21.01.2017 - 15:05
[b]Peresin planı: Ronaldo satılacaq[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo Çin klubuna satılacaq. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu”nun prezidenti Florentino Peres artıq Çin klubu ilə bu barədə danışığa başlayıb.

 

Portuqaliyalı superulduzun madridlilərlə müqavilə müddəti 2021-ci ilə qədər olsa da, Peres onu 2 ildən sonra satmağı planlaşdırır. Prezidenti Ronaldonu Çin klubuna “Mançester Yunayted”dən aldığı qiymətə, yəni 80 milyon funt-sterlinqə satacaq. Artıq çinlilərlə bu barədə danışıqları intensivləşdirən Peres 32 yaşlı futbolçunun meneceri Xorxe Mendeslə də görüşməyi planlaşdırır.

 

Madrid təmsilçisi Ronaldonun yerini “Yuventus”un hücumçusu Paulo Dibala ilə doldurmağa çalışacaq. Komandada liderlik funksiyasını isə Qaret Beyl yerinə yetirəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl Xorxe Mendeş Çin klubunun Ronaldoya ilinə 100 milyon funt-sterlinq təklif etdiyini bildirmişdi.

0