[b]Akif İsmayılovu unutmuruq…[/b]
21.01.2017 - 16:22
[b]Akif İsmayılovu unutmuruq…[/b]

Akif İsmayılov Azərbaycan futbolu və idmanında xüsusi yeri olan bir insan idi. Apasport.az saytı xəbər verir ki, bu gün aramızda olmasa belə, bütün idman ictimaiyyəti və idman jurnalistləri onu minnətdarlıqla xatırlayır.

 

O, uzun illər Tofiq Bəhramov adına Respublika stadionunun direktoru kimi futbolumuza, onminlərlə azarkeşə sadaqətlə xidmət edib. Yaşasaydı, bu gün onun 53 yaşı tamam olacaqdı…

 

Akif bəyə bir daha Allahdan rəhmət diləyirik…

 

Bu gün cismən aramızda olmasa da, o, sağlığında etdikləri xoş əməlləri ilə daim onu sevən dostlarının, yaxınlarının, şəxsən tanıdığı və tanımadığı neçə-neçə insanın qəlbindədi…

0