[b]Zoran Qayiç qələbə qazandıqları oyundan razı qalmadı[/b]
21.01.2017 - 21:17
[b]Zoran Qayiç qələbə qazandıqları oyundan razı qalmadı[/b]

“Yaxşı oynamadıq, oyunumuzda ritm yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VIII turunda “Azəryol”la qarşılaşan “rabitəçilər” 3:1 hesablı qələbəyə sevinib.

 

Matçdan sonra fikirlərini Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi ilə bölüşən çalışdırıcı görüşü belə şərh edib: “Azəryol” müdafiədə etibarlı oynayırdı və üçüncü setdə qələbəyə layiq idi. Oyun praktikası olmayanda, tonusda qalmaq çox çətindi. Ümid edirəm ki, fevralda oyunumuzda inkişaf müşahidə olunacaq”.

0