[b]“Qarabağ”ın axırıncı 90 dəqiqəsi[/b]
21.01.2017 - 22:00
[b]“Qarabağ”ın axırıncı 90 dəqiqəsi[/b]

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu gün toplanışın son hazırlığına çıxıb.

 

Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürən məşq təxminən 90 dəqiqə davam edib.

 

Futbolçular taktiki və toplu çalışmaları yerinə yetirib.

 

Qeyd edək ki, sonuncu çempion sabah Antalyada sonuncu iki hazırlıq matçını keçirəcək.

0