[b]Milli futbolçumuz baş məşqçisiz qaldı[/b]
22.01.2017 - 00:01
[b]Milli futbolçumuz baş məşqçisiz qaldı[/b]

Türkiyə Super Liqasında çıxış edən “Bursaspor”da baş məşqçi dəyişikliyi olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın da formasını geyindiyi komanda Hamza Hamzaoğlu ilə yolları ayırıb.

 

Bu barədə klubdan açıqlama yayılıb.

 

Hələlik onu kimin əvəzləyəcəyi haqqında məlumat verilməyib.

 

Qeyd edək ki, 18 oyundan sonra aktivində 27 xal olan “Bursaspor” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Yaşıl timsahlar” son 5 oyunun 4-də məğlub olub.

0