[b]Millimizin 9-cu yer tutduğu yarışda Rusiya 9-cu dəfə çempion oldu[/b]
22.01.2017 - 00:53
[b]Millimizin 9-cu yer tutduğu yarışda Rusiya 9-cu dəfə çempion oldu[/b]

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, dünən baş tutan final oyununda Rusiya və Qazaxıstan milliləri üz-üzə gəliblər.

 

Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Bununla da şimal qonşularımız 2 illik aradan sonra növbəti dəfə çempion olublar.

 

Bu, sözügedən turnirdə rusların müstəqil olduqdan sonra 9-cu zəfəridir.

 

Bürünc medallar Yunanıstanı 4:2 hesabı ilə məğlub edən Sankt-Peterburq komandasına qismət olub. 

 

Qeyd edək ki, millimiz bu yarışda 9-cu pillə ilə kifayətlənməli olub.

0